Ötmə qaydasını kobud şəkildə pozan sürücü ölümdən dönüb. Avtosfer.az xəbər verir ki, hadisə rayon yollarının birində baş verib. Belə ki, 99-DD-927 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yüksək sürətlə ötmə əməliyyatı həyata keçirib. Qarşıdan avtomobilin gəldiyini görən sürücü toqquşmamaq üçün hərəkət sürətini bir az da artırmağa məcbur olub. Bu zaman avtomobil idarəetmədən çıxaraq yol çiyninə doğru gedib. Sürücü qəzadan son anda xilas ola bilib.
Leyla