“NASCAR Xfinity Series” çempionatında öz komandası üçün mübarizə aparan sürücü Coui Qeyz Riçmondda (ABŞ-nin Virciniya ştatı) yarış zamanı qəza keçirib və avtomobilinin zədələnmiş buferini günahkarın üzərinə ataraq ondan qisas almaq qərarına gəlib.
“JD Motorsports”dan olan Douson Krem döngədə Qeyzi vurub və onun avtomobilinin çevrilərək divara çırpılmasına səbəb olub. Qeyz maşından düşüb, zədələnmiş arxa bamperi qoparıb və Krem növbəti dövrəni vuran zaman onun maşınına atıb. Bamper kapotun üstünə dəyib.
Təşkilatçılar Qeyzi dərhal cəzalandırmayıblar, lakin o, daha sonra cərimələnə bilər.
Mənbə: motorsport.com