AZ

Türkiyənin XİN rəhbəri: Ankara günahsız insanlara hücumları və dinc əhali arasında ölümləri pisləyir

Türkiyə gərginləşən İsrail-Fələstin münaqişəsində günahsız mülki əhaliyə edilən hücumları və dinc əhalinin ölümünü qınayır və rədd edir. Avropa.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı Samih Şükri ilə birgə mətbuat konfransında deyib. hakan Fidan qeyd edib ki, iki ölkə arasındakı münaqişənin yeganə həlli yolu paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində suveren, müstəqil və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılmasıdır. Türkiyəli nazir hər iki tərəfə müraciət edərək mülki əhalinin ölüm hallarının qarşısının alınmasını istəyib:“Bir daha vurğulamaq istərdim ki, biz İsraili beynəlxalq hüquqa və humanitar dəyərlərə riayət etməyə dəvət edirik”. Onun sözlərinə görə, Türkiyə fələstinlilərin Qəzza zolağından çıxarılması və Misirə deportasiyası siyasətini bəyənmir və bu məsələdə Misir hakimiyyətini dəstəkləyir. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Ankara Qəzza sakinlərinə humanitar yardım göndərməkdə davam edəcək. Hakan Fidanın sözlərinə görə, Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsi məsələsində Misir və İsrail hakimiyyəti ilə sıx əməkdaşlıq edir. “Orada (Qəzzada) 300-ə yaxın ikili vətəndaşlığı olan Türkiyə vətəndaşı var. Onlardan 30 nəfərini təxliyə edə bildik, lakin sərhəd qapıları bağlı olduğundan hazırda işimiz davam edir. Onların siyahısı həm İsrail, həm də Misir tərəfinin müvafiq qurumlarına təhvil verilib. Bu məsələ ilə bağlı işimiz davam edir”, - deyə Fidan vurğulayıb. Xarici işlər naziri qeyd edib ki, Türkiyə və Misir Fələstin məsələsində ortaq mövqedədir. “Fələstin məsələsi Fələstin dövlətinin yaradılması ilə həll olunacaq bir məsələdir. İsrailin sülhü təkcə ərəb ölkələri ilə deyil, əsasən fələstinlilərlə olmalıdır. Bu məsələdə biz Misir kimi düşünürük. Fələstinlilərlə barışmadan regionda daimi sülhün bərqərar olması mümkün deyil”, - deyə Fidan yekunlaşdırıb. Öz növbəsində Misirin xarici işlər naziri Samih Şükri bildirib ki, Qahirənin fələstinlilər üçün ciddi humanitar nəticələrin aradan qaldırılması üçün çalışmağın vacibliyi ilə bağlı Ankara ilə ümumi baxışı var. İsrail-Fələstin münaqişəsinin Fələstin xalqının qanuni hüquqlarının əldə olunmaması səbəbindən hərbi əməliyyatlara çevrildiyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
34
avropa.info

10Mənbələr