AZ

Qəzzada xəstəxananın vurulmasına REAKSİYALAR: Dünya hərəkətə keçməlidir...

Oktyabrın 17-də axşam saatlarında Qəzza zolağında yerləşən Əl-Əhli xəstəxanasına raket zərbəsi dəyib. Partlayış nəticəsində yüzlərlə şəxs həlak olub. Ölən şəxslərin dəqiq sayı məlum deyil.

 

Fələstin rəsmiləri və HƏMAS hücuma görə İsraili ittiham edir. İsrail ordusu bombardmana görə məsuliyyəti rədd edərək bildirib ki, hərbi kəşfiyyat xəstəxananın İslami Cihad hərbi qruplaşması tərəfindən uğursuz raket buraxılışı ilə vurulduğunu ehtimal edir.

 

Dünyanın müxtəlif ölkələrindən və təşkilatlarından hücuma görə açıqlamalar səsləndirilib. Modern.az xəstəxananın vurulmasına verilən reaksiyaları təqdim edir:

 

İsrail Baş naziri Benyamin Netanyahu: "Bütün dünya bilməlidir: Qəzzada xəstəxanaya hücum edən İsrail ordusu deyil, barbar terrorçulardır. Uşaqlarımızı vəhşicəsinə öldürənlər öz uşaqlarını da öldürürlər".

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Mən bütün dünyanı Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə çağırıram”.

 

ABŞ Prezidenti Co Bayden: "Qəzzada Əl Əhli xəstəxanasında baş verən partlayışdan və nəticədə dəhşətli insan tələfatından qəzəbləndim və dərindən kədərləndim. Bu xəbəri eşidən kimi dərhal İordaniya Kralı II Abdullah və İsrailin Baş naziri Netanyahu ilə danışdım. Milli təhlükəsizlik komandama baş verənlərlə bağlı məlumat toplamağa davam etməyi tapşırdım. Birləşmiş Ştatlar birmənalı olaraq münaqişə zamanı mülki əhalinin qorunmasının tərəfdarıdır və biz bu faciədə həlak olan və ya yaralanan xəstələrə, tibb işçilərinə və digər günahsız insanlara yas tuturuq”.

 

Avropa Komissiyasının sədri Ursula fon der Leyen: “Əl Əhli xəstəxanasına edilən hücumdan və çoxlu sayda öləndən kədərlənirəm. Tibb işçiləri və mülki şəxslərlə dolu olan xəstəxanaya hücumun heç bir əsası yoxdur. Bütün faktlar müəyyən edilməli və məsul şəxslər cavab verməlidir”.

 

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova: "Rusiya bir gün əvvəl Qəzza zolağında xəstəxanaya hücumu cinayət kimi təsnif edir və İsrail bu hücumda iştirak etmədiyini sübut etməli olacaq".

 

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel: “Qəzzada Əl-Əhli xəstəxanasından gələn xəbərlər bir neçə gündür gözümüzün qabağında cərəyan edən faciəyə dəhşət əlavə edir. Yenə də günahsız mülki insanlar ən yüksək qiyməti ödəyirlər. Bu cinayətə görə məsuliyyət aydın şəkildə müəyyən edilməli və günahkarlar cəzalandırılmalıdır”.

 

Suriya Prezident Administrasiyası: "Qərb ölkələri, xüsusən də Amerika Birləşmiş Ştatları, bu qırğına və digərlərinə görə məsuliyyət daşıyır".

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel: "Qəzzada Əl-Əhli xəstəxanasına edilən faciəli hücum qarşısında dəhşətə gəlmişik. Mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa uyğun deyil. Biz Qəzza zolağında humanitar yardımın əlçatanlığının dərhal təmin edilməsinə çağırırıq

Seçilən
377
34
modern.az

10Mənbələr