AZ

Yaponiyada 7,5 bal gücündə zəlzələ oldu: 3 metrlik sunami....

Tayvanın şərq sahillərində baş verən 7,5 maqnitudada zəlzələdən sonra Yaponiyanın Okinava prefekturasının adaları üçün 3 metrlik sunami təhlükəsi yaranıb.

Musavat.com report.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Miyakodzima və Yaeyama adalarına sunami təsirinin təxmini vaxtı yerli vaxtla saat 09:10-dur (Bakı vaxtı ilə saat 04:10). Dalğanın sahilə çatıb-çatmadığı barədə hələ məlumat yoxdur. Prefekturanın əsas adası olan Okinava ərazisində yerləşən adalar üçün yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə saat 05:00) sunami proqnozlaşdırılır.

İdarə qeyd edib ki, 7,5 maqnitudada zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
10
musavat.com

10Mənbələr