AZ

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

Tayvanda

Pekin, 3 aprel, AZƏRTAC

Çinin Tayvan adasının yaxınlığında baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin və xəsarət alanların sayı artmaqda davam edir.

AZƏRTAC Tayvanın səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, son məlumata əsasən 9 nəfər ölüb, 800-dən çox adam müxtəlif dərəcədə bədən xəsarəti alıb. 77 nəfərin hələ də çökmüş binalarda qaldığı bildirilir.

Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır. Ekspertlər ölü və yaralı sayının artma ehtimalının yüksək olduğunu düşünürlər.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ olub. Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib. Bundan başqa, Çinin materik hissəsində və Filippində də sunami xəbərdarlığı elan olunub.

Zəlzələdən sonra maqnitudası 3,4-6,5 arasında dəyişən 20-dən çox yeni təkan qeydə alınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
9
azertag.az

10Mənbələr