AZ

Ev əşyalarını pəncərədən tullayan qadın barədə DİN-dən AÇIQLAMA

Aprelin 3-də Abşeron Gənclər Şəhərciyində yaşayan Mətanət adlı qadın səhər saatlarında evinin əşyalarını yaşadığı binanın səkkizinci mərtəbəsindən küçəyə atıb.

Publika.az xəbər verir ki, qonşuların sözlərinə görə, həmin şəxsin psixoloji problemləri olub və bu yaşanan ilk belə hal deyil.

“15 gündür ki, bizi narahat edirdi. Hücum edirdi, söyüş söyürdü, qapılarımızı döyürdü”, - qonşu deyib.

Daxili İşlər Nazirliyindən (DİN) məsələ ilə bağlı bildirilib ki, sözügedən qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub.

Daha sonra onun ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
11
publika.az

10Mənbələr