AZ

“Traktor” 100 mindən çox azarkeşini qolla sevindirə bilmədi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 16-cı turdan təxirə salınmış oyunda “Sepahan”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” 100 mindən çox azarkeşin canlı izlədiyi bu matçın yekununda heç-heçə ilə kifayətlənib – 0:0.

Bu mövsüm keçirdiyi 21 oyunda 12 qələbə qazanmış “Traktor” 3 heç-heçə edib, 6 görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 39 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
285
19
arena.az

10Mənbələr