AZ

Təbriz klubunun oyununu 100 mindən çox azarkeş izlədi - İran şokda

İran çempionatının 16-cı turunda keçirilən "Traktor" - "Sepahan" matçını rekord sayda azarkeş izləyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Traktor" klubunun rəsmi saytı məlumat yayıb. 

Təbrizdəki "Səhənd" stadionda keçirilən matçı 100 mindən çox azarkeşin canlı izlədiyi bildirilib. 

Qeyd edək ki, oyun 0:0 hesabı ilə başa çatıb. Bu nəticədən sonra Cənubi Azərbaycan təmsilçisi "Traktor" 39 xalla 3-cü, "Sepahan" isə 38 xalla 4-cü pillədə qərarlaşıb. Lider "İstiqlal"ın 46 xalı var. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
349
19
yenisabah.az

10Mənbələr