AZ

“Bağışlayın, siz “Real”dan imtina edən ilk futbolçu deyildiz"

“Arsenal”ın və Fransa millisinin sabiq futbolçusu Rober Pires PSJ-nin hücumçusu Kilian Mbappe haqda danışıb.

Sportinfo.az xəbər verir ki, fransalı keçmiş forvard bir vaxtlar “Real”a keçməkdən imtina etdiyini də bildirib:

“Bağışlayın, Kilian, amma siz “Real”dan imtina edən ilk futbolçu deyildiz. İndi onun hansı qərar verəcəyini bilmirəm, amma bir vaxtlar “kral klubu”na keçməkdən imtina etmişdim.

O vaxt mənim daha iki variantım var idi. Əlbəttə, “Arsenal” və “Yuventus” olmasaydı, mən “Real”a keçərdim.

Amma Mbappeni “Liverpul”da görmək istərdim. Təzyiq o qədər də yüksək olmayan, ailə atmosferi olan əla klubdur.

Və mənə elə gəlir ki, Mbappe və Məhəmməd Salah birlikdə xoş təəssürat yaradarlar. Düşünürəm ki, Mbappe “Real”ın təklifini rədd edə bilər”.

Daha əvvəl mətbuatda Mbappenin artıq “Real”la 2029-cu ilə qədər olan müqavilə imzaladığı haqda məlumatlar yayılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
18
sportinfo.az

10Mənbələr