PSJ-nin hücumçusu Kilian Mbappe yayda "Real"a keçəcək.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, Madrid klubu futbolçuya transferi elan etmək üçün optimal tarixi seçmək hüququ verib.
Daha əvvəl forvard gələcəyinin Avro-2024 başlamazdan əvvəl bəlli olacağını bildirmişdi.
Qeyd edək ki, Paris klubu hazırda yerli çempionatda 62 xalla vahid liderdir.