Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, o, VI turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə qarşılaşıb.
Görüş Abasovun məğlubiyyəti ilə başa çatıb – 0:1. Həmyerlimiz 6 turdan sonra 1,5 xalla 7-ci sıradadır.
Turnir cədvəlinə hərəyə 4 xal toplayan Dommaracu Qukeş və Yan Nepomnyaşi başçılıq edir.