Abasov yenə uduzdu
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.
Futbolpress.az xəbər verir ki, o, hindistanlı Dommaracu Qukeşlə qarşılaşıb. Oyun rəqibin qələbəsiylə başa çatıb - 0:1.
Abasov 12 turdan sonra 3 xalla sonuncu - 8-ci sıradadır.