AZ

Qazaxıstanda 5 minə yaxın ev su altında qaldı

Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox fərdi yaşayış evi su altında qalıb.

Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin yüksək rütbəli zabiti Erasıl Saypaş brifinqdə bildirib.

Onun sözlərinə görə, daşqın dövrü başlayandan xilasedicilər tərəfindən 107 119 nəfər, o cümlədən 38 457 uşaq təxliyə edilib. Müvəqqəti yerləşdirmə mərkəzlərində 7414 nəfər var:

“Hazırda səkkiz rayonda 4 870 fərdi yaşayış evi, 1 264 həyətyanı sahə və 2 035 bağ evi su altındadır. 3 mindən çox yaşayış evindən və 2 minə yaxın həyətyanı sahədən su çəkilib”.

Seçilən
299
50
demokrat.az

10Mənbələr