AZ

Rusiyanın İT şirkətinin keçmiş rəhbərini 22 il müddətinə azadlıqdan məhrum edib

Moskvanın Xoroşevski Məhkəməsi  Rusiyanın ən böyük İT şirkəti Merlion-un keçmiş baş direktoru Vyaçeslav Simonenkonu 22 il müddətinə azadlıqdan məhrum edib.

32gun.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir .

“Cinayətlərin məcmusuna əsaslanaraq, Vyaçeslav Anatolyeviç Simonenko nəhayət ki, 22 il müddətinə ciddi rejimli koloniyada cəzalandırılır”, - deyə hakim bildirib.

Simonenko hədə-qorxu ilə tələb etmək, cinayətkar birlikdə iştirak etmək, rüşvət almaq, yalan ifadə vermək və yalandan danmaqda ittiham olunub. O, özünü təqsirli bilməyib, onun vəkili məhkəmədən bəraət istəyib.

Aprelin 9-da tərəflər arasında gedən mübahisə zamanı prokuror təqsirləndirilən şəxsin 24 il müddətinə azadlıqdan məhrum edilməsini və ciddi rejimli koloniyaya salınmasını istəyib .

Ayxan

Seçilən
322
9
32gun.az

10Mənbələr