İngiltərədə 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edilib.
"Unikal" xəbər verir ki, ölkədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.
Bununla da, “siqaretdən azad nəsil” yaratmaq təşəbbüsü çərçivəsində 1 yanvar 2009-cu ildən sonra doğulanlara siqaret satışı qadağan edilib. Qanuna görə, 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.
Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.