ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxaracaq.
“Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
Onun sözlərinə görə, bu, müvəqqəti tədbirdir.
"Bu addım mayın 6-da Çadda keçiriləcək prezident seçkilərindən sonra bərpa olunacaq hərbi əməkdaşlığımızın yenidən nəzərdən keçirilməsinin bir hissəsidir", - Pentaqonun sözçüsü qeyd edib.