İsveçrə yenidənqurma üçün Ukraynaya 5 milyard frank (beş milyard avrodan çox) ayıracaq. Vəsaitlərin mərhələli şəkildə ayrılması planlaşdırılır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri İsveçrə hökuməti yayıb.
Federal Şura növbəti bir neçə il ərzində Ukraynanın yenidən qurulmasına dəstəyi gücləndirmək niyyətindədir.
...Belə ki, 2036-cı ilə qədər 5 milyard İsveçrə frankı xərclənməsi planlaşdırılır. İsveçrə federal hökumətinin hazırkı maliyyə vəziyyətini nəzərə alaraq, Federal Şura mərhələli yanaşma təklif edib: beynəlxalq əməkdaşlıq büdcəsindən Ukraynaya dəstək 2028-ci ilə qədər 1,5 milyard CHF təşkil edəcək.
2029-2036-cı illər ərzində Federal Şura qalan 3,5 milyard İsveçrə frankının əldə edilə biləcəyi digər mənbələri də araşdırmaq niyyətindədir.
Qeyd edək ki, Ukraynada yenidənqurma üçün lazım olan vəsait 486 milyard dollar (təxminən 440 milyard İsveçrə frankı) həcmində qiymətləndirilir.
Dünya Bankının bu qiymətləndirməsi İsveçrə tərəfindən birgə maliyyələşdirilən zərər və ehtiyacların təhlilinə əsaslanır.
Nazlı