...Ukraynaya əlavə maliyyə ayrılmasına qarşı çıxan ABŞ Respublikaçılar Partiyasının rəsmiləri xəbərdarlıq ediblər ki, bu həftə təsdiqlənmiş yardım paketi sonuncu olacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə“The Hill” nəşri yazır.
...Və eyni zamanda, Ağ Ev, Ukrayna Silahlı Qüvvələrinə ayrılan 61 milyard dolların yalnız ilin sonuna qədər davam edəcəyini bildirib.
Deməli, qeyd edildiyi kimi, Respublikaçılar Partiyasında Ukraynanın müharibə səylərinin maliyyələşdirilməsinin əleyhdarları xəbərdarlıq ediblər ki, əlavə vəsaitin ayrılması ilə bağlı bu həftə təsdiqlənən qanun layihəsi Amerikanın Kiyevə hərbi yardımının sonuncu böyük paketi olacaq.
Respublikaçılar Partiyasının nümayəndələri etiraf edirlər Senatın Respublikaçı lideri Mitch McConnell, Konqres vasitəsilə Ukraynaya 61 milyard dollar yardımı itələyərək bu müzakirə raundunu qazandı. Lakin onlar iddia edirlər ki, əgər prezident Cozef Bayden başqa bir xahişlə qayıtsa,..mütləqəliboş gedəcək.
....Yəni Ukrayna ABŞ Konqresindən daha 60 milyard alacağını düşünürsə, bu, mümkün deyil.
Bunu respublikaçı senator Ceiy Di Vens bildirib.
...Eyni zamanda, Ukraynaya yardımın davam etdirilməsi tərəfdarları üçün məsələ maliyyəyə yenidən ehtiyac olub-olmayacağı deyil, daha çox ona nə vaxt ehtiyac olacağıdır. Milli təhlükəsizlik müşaviri Ceyk Sullivan deyib ki, Kiyevə hazırkı hərbi yardım paketi ilin sonuna qədər kifayət edəcək. Bu baxımdan, 2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinin növbəti dəfə silah və maliyyə inyeksiyası tələb edə biləcəyi ehtimalı yüksəkdir.
...Bu, Ukrayna münaqişəsini və ABŞ-ın Ukraynaya dəstəyini Bayden və keçmiş prezident Donald Tramp arasında prezidentlik yarışında, həmçinin Respublikaçılar və Demokratlar partiyaları arasında Nümayəndələr Palatasında və Senatda çoxluq uğrunda mübarizədə əsas problemə çevirə bilər.
Bunu da Amerika nəşri yazır.
Ağasəf Babayev