Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququndan istifadə edib və Əlcəzairin Fələstinin dünya təşkilatına tamhüquqlu üzv qəbul edilməsini tövsiyə edən qətnamə layihəsini bloklayıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Təhlükəsizlik Şurasının 12 üzvü, o cümlədən Rusiya və Çin qətnamə layihəsinə səs verib. Böyük Britaniya və İsveçrə bitərəf qalıb. ABŞ isə sənədin əleyhinə çıxıb
Qeyd edək ki, bundan əvvəl Fələstin Prezidenti Mahmud Abbasın Vaşinqtonun Fələstinin dünya təşkilatına tamhüquqlu üzv qəbul edilməsi məsələsini BMT Təhlükəsizlik Şurası qarşısında qaldırmamaq tələbini rədd etdiyi bildirilirdi.
Xatırladaq ki, aprelin əvvəlində Təhlükəsizlik Şurası Fələstini BMT-yə qəbul etmək və onu dünya təşkilatının tamhüquqlu üzvü kimi tanımaq xahişi ilə məktub alıb. Sənədi Maltanın nümayəndəsi təqdim edib - bu ölkə apreldə BMT Təhlükəsizlik Şurasına sədrlik edir.