Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib.
Publika.az xəbər verir ki, yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov “Report”a bildirib ki, 80 kvadratmetrlik ərazidə təxminən 70-80 min manatlıq malı yanıb.
“Yanğın qonşu sexdən başlayıb. Heç bir sığorta şirkəti bazarı sığortalamayıb. Dəfələrlə müraciət olsa da, riskli ərazi olduğuna görə sığorta edilməyib”, - sahibkar deyib.