Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğında zərərçəkən sahibkarlardan biri Ağ Partiyanın sədri Tural Abbaslının köməkçisi Mətləb Aslanovdur.
Pravda.az-ın xəbərinə görə, M.Aslanov "Report"a deyib ki, 80 kvadratmetrlik ərazidə təxminən 70-80 min manatlıq malı yanıb.
“Yanğın qonşu sexdən başlayıb. Heç bir sığorta şirkəti bazarı sığortalamayıb. Dəfələrlə müraciət olsa da, riskli ərazi olduğuna görə sığorta edilməyib”, - o bildirib.
Qeyd: Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.