AZ

"Qalatasaray" çempionluq yolunda vacib üç xal qazanıb

Türkiyə Superliqasında XXXIII turun növbəti oyunları keçirilib.

SİA xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" doğma meydanda "Pendikspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Başakşəhər" "İstanbulspor"u 2:0, "Antalyaspor" "Hatayspor"u 2:1, "Qaziantep" isə "Kasımpaşa"nı 2:0 hesabı ilə məğlub edib.

Hazırda turnir cədvəlinə 90 xalla "Qalatasaray" başçılıq edir. Rəqibindən bir oyun az keçirən "Fənərbağça" 85 xalla ikinci, 55 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
7
sia.az

8Mənbələr