AZ

İrəvan Qazaxla sərhədə xüsusi təyinatlılar göndərdi - Gürcüstana gedən yol bağlıdır

Qazaxla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi yaxınlığındakı yolun açılması üçün İrəvandan xüsusi təyinatlılar göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” xəbər portalı ölkə parlamentinin üzvü Qarnik Danielyana istinadən məlumat yayıb.

Deputatın sözlərinə görə, Kirantsa gedən xüsusi təyinatlılar etiraz edən yerli sakinlərə qarşı güc tətbiq etməyə hazırdır. 
Danielyan qeyd edib ki, təhlükəyə baxmayaraq, kənd sakinləri öz yerlərində qalmaqda və magistral yolu bağlamaqda israrlıdırlar.

Xatırladaq ki, Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı çıxan Tavuş vilayətininin yerli sakinləri Kirants və Voskepar yaşayış məntəqələri arasındakı yolu bağlayıb, orada gecə qalaraq tonqal yandırıblar. 

Bizim.Media

Seçilən
89
7
bizim.media

6Mənbələr