Ermənistan hökuməti delimitasiya prosesinin getdiyi Qazaxla sərhəd kəndlərinə çoxsaylı polis qüvvələri göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Xatırladaq ki, hazırda işğalda olan Aşağı Əskipara kəndi ərazisində basdırıılan minalar təmizlənir. Erməni revanşistləri isə bir neçə gündür ki, kənddən Gürcüstana gedən avtomobil yolunu bağlayıblar.
Yeri gəlmişkən, Paşinyan dünən gecə sərhəd kəndlərinin icma rəhbərləri ilə görüşündə onlara döyüşməməyi tövsiyyə edib və işğalda olan ərazilərin mərhələli şəkildə Azərbaycana geri qaytarılacağını deyib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta