AZ

Azərbaycan vəkillərinin IV şahmat çempionatının qalibləri mükafatlandırıldı - FOTO

Aprel ayının 20-21-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən təşkil olunan ənənəvi Azərbaycan vəkillərinin IV şahmat çempionatı keçirilib.

E-huquq.az xəbər verir ki, turnirin keçirilməsində əsas məqsəd ölkədə şahmat idman növünün inkişafına dəstək olmaq, vəkillərin şahmata olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq və onların bacarıqlarını qiymətləndirməsindən ibarətdir.

İki gün davam edən yarışın açılış günü ARVK-nın sədr müavini, “İdmançı Vəkillər” Fondunun idarə heyətinin sədri Pərviz Ələkbərov çıxış edərək turnir iştirakçılarını Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və onlara uğurlar arzulayıb.

Sədr müavini Kollegiyanın hər il təşkil etdiyi və artıq ənənə halını alan şahmat turnirinin əhəmiyyətindən danışaraq bu yarışın gələcəkdə dövlət qurumları ilə birgə keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Diqqətə çatdırılıb ki, respublika üzrə ümumilikdə 30 şəxsin iştirak etdiyi turnirə ilk dəfə vəkilliyə namizəd olan bir nəfər qatılıb.

Sonra çempionata start verilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda Gəncə şəhər 1 saylı Vəkil Bürosunun müdiri, vəkil Camal Əliyev birinci, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Sənan Süleymanlı ikinci və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Əli Həsrətov isə üçüncü yerin sahibi olub.

Yekunda Pərviz Ələkbərov ilk 3 yerin qalibinə “Qanun” nəşriyyatının kitab mağazasından hədiyyə kartları, müvafiq diplomlar və medalları təqdim edib.

Qeyd edək ki, turnirin mükafatçıları olan 3 vəkil ARVK-nın şahmat üzrə yığma komandasına birbaşa üzv seçilib.

Seçilən
161
50
e-huquq.az

10Mənbələr