AZ

III Regional xor müsabiqəsinə start verildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı silsilə tədbirlər davam etməkdədir.

Kulis.az xəbər verir ki, Mil-Muğan və Mərkəzi Aran Regional Mədəniyyət İdarələrininbirgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional XorMüsabiqəsinin seçim mərhələsi 23 aprel tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilib. Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisiAydın Bəşirov, Mil-Muğan Regional İdarənin rəisi FaiqXudanlı, hər iki İdarənin əməkdaşları, mədəniyyət işçiləriiştirak ediblər.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəismüavini Telman Əzimov tədbiri çıxış sözü ilə açaraq müsabiqədə iştirak edən kollektivlərə uğurlar arzulayıb.

Müsabiqənin seçim mərhələsində hər iki Regional Mədəniyyət İdarəsindən olan 7 uşaq musiqi və incəsənət məktəbinin xorkollektivləri iştirak edib.

İştirak edən xor kollektivləri münsiflər heyəti qarşısında müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Müasir Azərbaycan xorunun bilicilərindən olan Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovanın, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdarmüəllim Aqil Qafulovun yer aldığı münsiflər heyəti hər bir kollektivin çıxışına böyük həssaslıq və tələbkarlıqla yanaşıblar.

Artıq ənənə halını almış xor müsabiqəsində iştirakçılar uğurla çıxış edib, yeni nailiyyətləri ilə fərqləniblər. Müsabiqənin seçim mərhələsi 24 aprel tarixində 10 uşaq musiqi və incəsənət məktəbinin iştirakı ilə Ağdaş rayonunda davam etdiriləcək.

Seçilən
190
50
kulis.az

10Mənbələr