AZ

Tayvanda ard-arda 10 zəlzələ olub

Tayvanın şərq sahillərində 5,7 maqnitudada zəlzələ baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanlar yerli vaxtla saat 18:50-də Xualyan əyalətində baş verib. Zəlzələ 10 kilometr dərinlikdə yerləşib.

 

Qeyd edilib ki, itki və dağıntılar barədə məlumat daxil olmayıb.

 

Bundan başqa, bazar ertəsi yerli vaxtla saat 17:52-dən başlayaraq bir saat ərzində bu əyalətdə ard-arda 10 yeraltı təkan baş verib ki, onlardan ikisi 5 maqnitudada olub

Seçilən
186
50
modern.az

10Mənbələr