AZ

Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib

Tayvanın şərq sahillərində 5,7 maqnitudada zəlzələ baş verib.

İnterpress.az  xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 18:50-də Xualyan əyalətində baş verib. Zəlzələ 10 kilometr dərinlikdə yerləşib.

Qeyd edilib ki, itki və dağıntılar barədə məlumat daxil olmayıb.

Bundan başqa, bazar ertəsi yerli vaxtla saat 17:52-dən başlayaraq bir saat ərzində bu əyalətdə ard-arda 10 yeraltı təkan baş verib ki, onlardan ikisi 5 maqnitudada olub.

Seçilən
173
50
interpress.az

10Mənbələr