Xərçəng diaqnozu qoyulan Uels şahzadəsinin son vəziyyəti belədir
Keçən ay qarın boşluğunda cərrahiyyə əməliyyatı olan və hazırda xərçəng müalicəsi alan 42 yaşlı Uels şahzadəsi Keyt Middltonun sağlamlıq vəziyyəti açıqlanıb. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kral eksperti Riçard Fitzvilliams şahzadə Keytin xərçəng müalicəsi ilə səhhətinin yaxşılığa doğru irəlilədiyini bildirib. 41 yaşlı Şahzadə Uilyam həyat yoldaşını dəstəkləmək üçün vəzifəsindən uzaqlaşmışdı, lakin cümə axşamı İngiltərənin Surrey şəhərində qida paylama xeyriyyə təşkilatında görünərək kral vəzifələrinə qayıdıb. Keçən həftə gələcəyin kralı, 10 yaşlı Şahzadə Corc ilə futbol matçına baxarkən görüntülənib. Kral eksperti Richard Fitzvilliamsa görə, hər iki görüntü qəsdən ictimaiyyəti Şahzadə Keytin sağalmasının planlaşdırıldığı kimi getdiyinə və davamlı irəliləyiş əldə etdiyinə inandırmaq üçün hazırlanmışdır. Şahzadə Keytdən başqa, 75 yaşlı Kral Çarlz da açıqlanmayan xərçəng növü ilə mübarizə aparır. Əfsanə Rəcəb Manşet.az