Uels şahzadəsi Uilyam həyat yoldaşı Keyt Middletonun xərçəng müalicəsi prosesi haqqında qısa açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Page” məlumat yayıb.
Belə ki, Britaniyanın şimalına səfəri zamanı qəsəbə sakinlərindən biri Uels şahzadəsindən həyat yoldaşı və üç övladının necə olduğunu soruşub.
“Hər şey yaxşıdır, bəli, təşəkkür edirəm. Bəli, biz yaxşıyıq”, - deyə Şahzadə Uilyam təbəssümlə cavab verib.
Xatırladaq ki, uzun müddət ictimaiyyət arasında görünməyən 42 yaşlı Keyt Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. Keyt həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu. Daha sonra isə o, onkoloji xəstəlik səbəbindən əməliyyat olunduğunu açıqladı.