AZ

Amerikalı senator Ukraynaya yardımın qarşısını almağa ÇAĞIRDI

ABŞ senatoru Mayk Li (Yuta ştatından olan respublikaçı) ABŞ vətəndaşlarını Senatdakı həmkarlarını Ukrayna da daxil olmaqla, digər ölkələrə yardım layihəsinin qarşısını almağa inandırmağa çağırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

"Senatorlarınıza deyin ki, "yox" deyə səs versinlər! Bunu dayandırmaq üçün 41 senator kifayətdir: Senatda 49 Respublikaçı var: bu, artıq kifayətdir" – o, bildirib.

Senator ABŞ-nin Ukraynaya əlavə 60 milyard dollar göndərməsinə etiraz edənlərin Rusiyaya dəstək olduğunu iddia edənlərin əleyhinə də sərt çıxış edib və bu ideyanın tərəfdarlarını zəif fikirli adlandırıb.

Qeyd edək ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi haqqında qanun layihələri təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edib, o cümlədən Ukrayna üçün 60 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir. İndi qanun layihələri ABŞ Senatı tərəfindən təsdiqlənməlidir, onlara aprelin 23-də baxılacaq. Əgər onlar qəbul olunsa, imza üçün ABŞ Prezidenti Co Baydenə göndəriləcək. Amerika lideri artıq bu qanun layihələri paketini imzalamağa söz verib.

Turan İSMAYIL

Seçilən
159
10
redaktor.az

10Mənbələr