Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə olaraq degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib.
AZXEBER.COM xarici mətbuata iistinadən xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib.
Hakim Josefina Miro Quesada bildirib ki, Estrada tibbi evtanaziya prosedurunu qəbul edib və öz iradəsi ilə həyatla vidalaşıb.
Qeyd edək ki, degenerativ xəstəlikdən əziyyət çəkən şəxs ölkə tarixində ilk dəfə evtanaziya edilib.
Gülay