AZ

Bu ölkədə ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edildi

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə olaraq degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib.

Publika.azxəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicə olunmayan 47 yaşlı Ana Estrada evtanaziya istəyib. Bu da Peru Ədliyyə Məhkəməsi tərəfindən qəbul edilib.

Hakim Josefina Miro Quesada bildirib ki, Estrada tibbi evtanaziya prosedurunu qəbul edib və öz iradəsi ilə həyatla vidalaşıb.

Belə ki, degenerativ xəstəlikdən əziyyət çəkən şəxs ölkə tarixində ilk dəfə evtanaziya edilib. Estradanın vəkili Josefina Miro Quesada verdiyi açıqlamada Estradanın 5 ildir yaşamaq uğrunda mübarizə apardığını və onun öz istəyi ilə evtanaziya edildiyini bildirib.

Seçilən
94
9
publika.az

9Mənbələr