Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanla delimitasiya prosesi çərçivəsində minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar avtomobil yolunu bağlayıb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Kənd sakinlərinə bu yerlərdən uzaq durmalarına dair xəbərdarlıq edilir.
Bildirilib ki, sərhədlərin delimitasiyasından sonra sərhəd xəttinin mühafizəsi Sərhəd Qoşunlarına veriləcək.