Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanla delimitasiya prosesi çərçivəsində minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar avtomobil yolunu bağlayıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Kənd sakinlərinə bu yerlərdən uzaq durmalarına dair xəbərdarlıq edilir.
Bildirilib ki, sərhədlərin delimitasiyasından sonra sərhəd xəttinin mühafizəsi Sərhəd Qoşunlarına veriləcək.
visiontv.az