Rusiya Penza vilayətində 5 yaşlı uşaq binadan yıxılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Litvinova küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. İstintaq Komitəsinin qeyd etdiyi kimi, beş yaşlı uşaq pəncərəyə çıxıb, ağcaqanad toruna söykənib və onunla birlikdə dördüncü mərtəbənin hündürlüyündən yıxılıb. Şöbədən bildirilib ki, uşaq sağ qalıb və çoxsaylı xəsarətlərlə təcili xəstəxanaya yerləşdirilib.
Yerli media xəbər verir ki, hadisə baş verən zaman atası uşaqla birlikdə mənzildə olub. Yetkinlik yaşına çatmayan şəxsin xəsarət alması faktı ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.