Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb.
Uşaq təcili xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.