AZ

Azərbaycanda süni zəka həlli hazırlamaq mümkündür? -

Azərbaycanda süni intellekt həlli hazırlamaq hazırda real deyil.Metbuat.az xəbər verir ki, bunu İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Onun sözlərinə görə, bunun üçün 4 əsas şərt vacibdir:1. Superkompüter. Yəni süni intellekt sistemlərini işlətmək üçün zəruri olan, yeni nəsil çiplərlə təmin olunan yüksək gücə malik kompüter. Təəssüf ki, maraqlı tərəflər üçün əlçatan belə bir superkompüter hələlik Azərbaycanda yoxdur, UFAZ-da və ADA-da olanlar dar çərçivədə istifadə üçün nəzərdə tutulub.2. Data əsasən hökumətin əlində cəmləşib və maraqlı tərəflər üçün əlçatan deyil.3. Dilin Milli Korpusu. Hansısa komponentləri mövcud olsa da, hamı üçün əlçatan bir milli resurs ortada yoxdur.4. Enerji isə varımızdır, həm də yaşıl.Osman Gündüz düşünür ki, indiki anda bütün işləri "xodlamaq" üçün zərurui olan, başqalarının arzuladıqları enerji təminatı bizdə var. Lakin bunun əsasında başqlarının hazırladıqları özümüzdə yoxdur:
"Düşünürəm ki, hökumət təcili maraqlı tərəflər üçün əlçatan olan belə bir infrastruktur formalaşdırmalıdır. Yəni dövlət qurumlarının, biznes və elmi institutların süni intellekt əsaslı işləri üçün əlçatan olan bir mərkəz formalaşdırılmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Aİ Lab" qurumu tərəfindən bu istiqamətdə müəyyən işlər görülürdü. Lakin görünən odur ki, hələlik ortada real nəticələr yoxdur.Bu sektorda olan maraqlı tərəflər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, biznes qurumları və s. birgə səylərini gücləndirməlidirlər. Bura böyük resurslar yatırılmalıdır".Ekspert qeyd edib ki, dünyada və qonşu ölkələrdə bu istiqamətdə böyük investisiyalar yatırırlar:

"Elə region ölkələri də xarici qurumlarla əməkdaşlıqla belə bir infrastrukturun formalaşdırılması ilə məşğuldurlar. Qazaxıstan bu sahədə daha aktiv görsənirlər. Biz isə çox gecikirik. Düşünürəm ki, ölkəmizdə süni intellekt həllərinin yaradılması və tətbiqi məqsədilə yaşıl enerji təminatlı bir superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi".

Seçilən
223
15
metbuat.az

10Mənbələr