Məlum olduğu kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu yenidən qurulsa da xeyli nöqsanlar aşkarlandığı üçün "Sumqayıt" bir müddət ev oyunlarını orada keçirə bilmədi.
Rekord.az xəbər verir ki. yalnız bu nöqsanlar aradan qaldırılandan sonra komandanın burada ev oyunlarını keçirməsinə icazə verildi.
Həmin nöqsanlar isə işıqlandırmadan tutmuş, çəkiliş, media sektor, soyunub-geyinmə otaqları və s. kimi əhatə edirdi. Əldə etdiyimiz məlumata görə, bütün nöqsanların həlli 800 min manata başa gəlib. Bütün bu xərci isə "Sumqayıt" klubu, daha dəqiq desək, klubun sponsoru "Azərikimya" şirkət qarşılayıb. Halbuki stadion klubun balansında deyil, ümumiyyətlə, tikintini şəhər icra hakimiyyəti aparıb və tikinti müddətində də klubla heç bir məsləhətləşmə aparılmayıb. Lakin həm klub, həm də şirkət rəhbərliyi daha çox azarkeşin komandanın oyunlarını izləməsi naminə bu yükün altına girib.