Ötən gün qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 il sonra,yenidən qonuşu İraq Respublikasına rəsmi səfərə gedib. Səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı xarici işlər naziri Hakan Fidan, MİT müşaviri İbrahim Kalın, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın da olduğu izdihamlı heyət müşahidə edib.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin dəvəti ilə reallaşan səfər zamanı iki ölkə arasında 30-a yaxın müqavilə imzalanıb.Ümumdünya Kürd Xalqları Diaspora Təşkilatının vitse-prezidenti Bərzani Nəbiyev
Vətəninfo.az-a bu səfəri şərh edən zaman bildirib ki, səfərin əsas məqsədi Türkiyə ilə İraq arasında son zamanlar sürətlənən ikitərəfli münasibətləri hər sahədə inkişaf etdirmək və müqavilə əsaslarını gücləndirərək institusional çərçivə təmin etməkdir.
“ İık olaraq qeyd edim ki,Türkiyə prezidentinin İraqa səfərinə sadə bir səfər olaraq yanaşmaq olmaz. Görünən odur ki, iki ölkə arasında ilk dəfə olaraq məsələləri təxirə salmaq əvəzinə həll etmək iradəsi var”- deyən Bərzani Nəbiyev əlavə olaraq edib ki, Türkiyə prezidentinin bu səfəri uzun illərdi regional siyasi-iqtisadi və ticari münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir: “Türkiyə-İraq əlaqələri müsbət istiqamətdə demək olar ki, bir inkişaf xətti tutub və bölgəsəl nümunə model olma xətti tutub”.
Ümumdünya Kürd Xalqları Diaspora Təşkilatının vitse-prezidenti Bərzani Nəbiyev Ərdoğanın İraqın Şimalında, Kürd Muxtariyyatına,Ərbilə səfərinə gəlincə isə qeyd edib ki, Türkiyə ilə İraq arasındakı ən əhəmiyyətli addımlardan biri də “İnkişaf Yolu” layihəsi olacaq. Onun sözlərinə görə, Böyük Fav Limanından başlayacaq, Ova kəndindən Türkiyə ərazisinə daxil olacaq və oradan Avropaya çatacaq layihə çox mühüm bir projedir: “Türkiyə ilə İraq arasındakı Kərkük-Ceyhan neft kəməri İŞİD-in hücumları nəticəsində zədələnib. İraqın Neft Nazirliyi boru kəmərinin açılışa hazır olduğunu açıqlayıb. Ərbilə səfər və yüksək səviyyədə qarşılanma, muxtariyatın lideri cənab Nərçivan Bərzani ilə görüşdə regional məsələlərin həllinə yönəlik açıqlamalar doğurdan da mühüm əhəmiyyətə malikdi. Mən bu fikiri hər zaman dəstəkləmişəm ki, bölgənin inkişafında rəsmi Ankara Ərbil münasibətləri zəruridi,vacibdi. Bu münasibətlər qeyd etdiyim kimi imzalanan dördtərəfli müqavilənin, yəni “İnkişaf Yolu”layhəsinin də inkişafına öz təsirini göstərəəcək”. Bərzani Nəbiyev Ərbildə KDP lideri Məsut Bərzani ilə Ərdoğan görüşünə toxunan zaman isə bildirdi ki, Məsut Bərzani regionu kifayyət qədər təhlil edən, ona hakim olan siyasi bir liderdi: “Heç kəsə sir deyil ki, cənab Məsud Bərzani hər zaman sülh və sabitlik tərəfdarı olub.Onun Türkiyə -İraq münasibətlərinin inkişafında rolu da danılmazdı. Cənab Ərdoğan da məhz Məsud Bərzaninin bölgəsəl prpseslərsəki rolunu diqqətə alaraq,bu görüşə önəm verdiyi göründü”.
Vətəninfo.az