Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxs yaradılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:
Nazirlər Kabinetinə publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;
Kənd Təsərrüfatı Nazirliyinə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.