Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxs yaradılıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:
Nazirlər Kabinetinə publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;
Kənd Təsərrüfatı Nazirliyinə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.