Rusiya BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan kosmosda nüvə silahının yerləşdirilməsinin qadağan olunması haqqında qətnaməyə veto qoyub.
Publika.az xəbər verir ki, Rusiyanın TŞ-yə təklif etdiyi düzəlişin qəbul edilmədiyi üçün bu addımın atıldığı bildirilib.
Qeyd edək ki, Rusiya sözügedən sənədə "Kosmosda istənilən növ silahın yerləşdirilməsi qadağan olunmalı" məzmununda düzəliş edilməsini təklif edib.