ABŞ əmindir ki, Rusiya nüvə qurğusu daşıya bilən peyk hazırlayır.
NOCOMMENT.az xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan çıxış edib.
Bəyanat BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermə zamanı Rusiyanın ABŞ və Yaponiyanın kosmosda nüvə silahının yerləşdirilməsinin qadağan edilməsi ilə bağlı təklif etdiyi qətnaməyə veto qoymasından sonra verilib.
“ABŞ Rusiyanın nüvə qurğusu olan yeni peyk hazırladığını təxmin edir. Biz prezident Putinin açıq şəkildə Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək niyyətində olmadığını söylədiyini eşitmişik. Amma belə olsaydı, Rusiya qətnaməyə veto qoymazdı”, – deyə Sullivan bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının nüvə silahları ilə bağlı qətnaməsinin ABŞ-Yaponiya layihəsinə veto qoymaq məcburiyyətində qalıb. Bununla əlaqədar Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasına eyni mövzuda qətnamə layihəsini təqdim etmək niyyətindədir.