Bakı. Trend:
Azərbaycan Kubokunun yarımfinal mərhələsində 14 qol vurulub.
Trend İdman.biz-əistinadən xəbər verir ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində(4:0, 4:1) doqquz, “Zirə”ylə “Qəbələ”nin matçlarında (2:1, 2:0) beştop qeydə alınıb.
Bu, turnirin tarixində mütləq rekorddur. İndiyədək yarımfinaldaən çox qol 1994/95 və 2008/09 mövsümlərində vurulub. Hər iki haldabu rəqəm 13-ə bərabər olub.
“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ənməhsuldar və ən böyük fərqin qeydə alındığı yarımfinaldır. 2021/22mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlubedib.