AZ

Azərbaycan Kubokunun yarımfinalında rekord

Azərbaycan Kubokunun yarımfinal mərhələsində 14 qol vurulub.

Publika.az xəbər verir ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) doqquz, “Zirə” ilə “Qəbələ”nin matçlarında (2:1, 2:0) beş top qeydə alınıb.

Bu, turnirin tarixində mütləq rekorddur. İndiyədək yarımfinalda ən çox qol 1994/95 və 2008/09 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.

“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin qeydə alındığı ikinci yarımfinaldır. Buna qədər 2021/22 mövsümündə Ağdam təmsilçisi “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.

Seçilən
36
7
publika.az

10Mənbələr