Bakı, 25 aprel, AZƏRTAC
Basketbol üzrə Azərbaycan çempionatında XVIII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda "Xırdalan" və "Cəlilabad" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb - 90:84.
Bununla da "Xırdalan" müntəzəm mövsümdəki son oyununda qalib gəlib.
Turun açılış matçında ötən gün "Sabah" "Xəzri"ni 77:65 hesabı ilə məğlub edərək müntəzəm mövsümü çempion olaraq başa vurub.
Qeyd edək ki, turun digər görüşləri 26, 27 və 28 apreldə keçiriləcək.