Basketbol üzrə Azərbaycan çempionatında XVIII turun növbəti oyunu keçirilib.AzVision.az xəbər verir ki, günün yeganə oyununda "Xırdalan" və "Cəlilabad" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gəlib.
Qarşılaşma birincilərin 90:84 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Xırdalan" müntəzəm mövsümdəki son oyununda qalib gəlib.
Turun açılış matçında ötən gün "Sabah" "Xəzri"yə 77:65 hesabı ilə qalib gələrək müntəzəm mövsümü çempion kimi başa vurub.
Turun digər görüşləri 26, 27 və 28 apreldə baş tutacaq.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta