AZ

Blinken Ukraynadakı münaqişə ilə bağlı Çini yeni sanksiyalarla hədələyir

ABŞ Çinə təzyiqləri artırmağa hazırdır və Ukrayna münaqişəsi fonunda yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Editor.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Çin sədri Si Tsinpinlə görüşündən sonra deyib.

Mətbuat konfransı ABŞ Dövlət Departamentinin Youtube kanalında yayımlanıb. “ABŞ Çinə qarşı yeni tədbirlər görməyə və sanksiyalar tətbiq etməyə hazırdır”, – deyə siyasətçi bildirib. O, bu qərarın Ukraynadakı vəziyyətlə bağlı olduğunu vurğulayıb. Blinkenin fikrincə, Çinin Ukrayna münaqişəsində Rusiyaya dəstəyini davam etdirməsi ABŞ-ın yeni məhdudlaşdırıcı tədbirlərinə səbəb olacaq.

Blinken həmçinin qeyd edib ki, ABŞ Çinin inkişafını məhdudlaşdırmaq və Pekinə qarşı durmaq istəmir. O əlavə edib ki, Pekinin beynəlxalq səviyyədə Moskvaya verdiyi dəstəkdən narahatdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
289
49
editor.az

10Mənbələr